Haqqımızda

“LAYİHƏAZ MMC” 2012 ildə yaranmışdır. “LAYİHƏAZ MMC”-ın əsas fəaliyyət istiqaməti layihələndirmə, təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət şirkətimizə qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verməsinə imkan verir.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətda xarici ölkələrdə də böyük maraqla qarşılanır.

İşçi heyətimizin hər bir üzvü – dizaynerlər, memarlar, iş icraçıları öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir.

LAYİHƏAZ MMC şirkəti Sizlərə təklif edir:

  • Bina və Qurğuların layihələndirilməsi
  • İşçi layələrin hazırlanması
  • Dəmir Beton hesabatı və layihəsi
  • İnteryer dizayn
  • Eksteryer dizayn
  • Landşaft dizayn
  • Fərdi yaşayış evlərini və Mənzillərin Təmiri və Tikintisi
  • Smeta tərtibi
  • Dronla foto və video çəkiliş və s.